AZ

Ölkədə çevriliş xəbərdarlığı: Çoxlu əsgər əsir götürülüb



Afrikanın ən çox əhalisi olan Nigeriyada dövlət çevrilişinə cəhd iddiası ilə 42 əsgər saxlanılıb. Milli medianın məlumatına görə, adının çəkilməsini istəməyən bir hərbi məmur çevriliş cəhdi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Rəsmi şəxs indiyə qədər 42 nəfərin saxlanıldığını qeyd edərək əlavə edib ki, "Onlar iştiraklarının dərinliyini və sadəcə müzakirələrdən kənar konkret bir planın olub-olmadığını müəyyən etmək üçün dindirilirlər".

19 sentyabrda ölkənin "Sahara Reporters" qəzeti briqada generalı və polkovnik də daxil olmaqla 16 əsgərin prezident Bola Əhməd Tinubu devirmək üçün çevriliş planlaşdırdığını iddia edib.

Adının çəkilməsini istəməyən hərbi məmur əsgərlərin hərbçilər tərəfindən saxlanıldığını və onları araşdırmaq üçün təxminən 20 zabitdən ibarət komissiya yaradıldığını bildirib.

Lakin hökumət Tinubuya qarşı çevriliş cəhdi ilə bağlı xəbərlərin "əsassız" olduğunu bildirib.

Tinubu 24 oktyabrda Baş Qərargah rəisi də daxil olmaqla yüksək rütbəli komandirləri əvəz edib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
12
aia.az

1Mənbələr