AZ

“Araz-Naxçıvan” növbəti oyunda xal itirdi

Futzal üzrə Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan klubu Lüksemburq çempionu “Differdanj 03” komandası ilə qarşılaşıb və görüş 2:2 hesabı ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində qolları Can Perruzo (15-ci dəqiqə) və Luidji Lonqo (38-ci dəqiqə) vurublar.

Qeyd edək ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi “Araz-Naxçıvan” turnirdəki ilk oyununda yarışa ev sahibliyi edən Rumıniya təmsilçisi “Yunayted Qalati”ni 2:1 hesabı ilə məğlub etmişdi. Komanda əsas mərhələdə son oyununu noyabrın 1-də Niderlandın “Tigers Roermond” klubuna qarşı keçirəcək.

Seçilən
20
90deqiqe.az

1Mənbələr