AZ

Zaxarova: İsrailin ilhaq addımı Yaxın Şərqdə təhlükəli gərginlik yaradacaq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinin Yaxın Şərqdə təhlükəli gərginliyə yol aça biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, bu vəziyyətin beynəlxalq sülhməramlı səylərə ciddi zərbə vuracağını vurğulayıb.

Moskvada keçirdiyi həftəlik mətbuat konfransında çıxış edən Zaxarova həmçinin Avrasiya regionunda təhlükəsizlik sisteminin gücləndirilməsinin vacibliyinə toxunaraq deyib: “Təhlükəsizlik ya hərtərəfli olacaq, ya da ümumiyyətlə təmin edilməyəcək. Biz Avrasiyada təhlükəsizliyin bölünməzlik prinsipinə əsaslanmasının tərəfdarıyıq".

O, nüvə enerjili və uzun mənzilli “Burevestnik” qanadlı raketinin Rusiyada sınaqdan keçirildiyini təsdiqləyərək, bunun strateji tarazlığı qorumaq məqsədi daşıdığını bildirib: “Rusiya NATO ölkələrinin, xüsusilə raketdən müdafiə sahəsində sabitliyi pozan addımlarına cavab verməyə məcburdur".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
1
turkustan.az

2Mənbələr