"Əl Nəsr"də çıxış edən ulduz hücumçu Kriştiano Ronaldo yenidən jurnalist Pirs Morqanla bir araya gəlib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı forvard sosial şəbəkə "X"də Morqanla birgə fotosunu paylaşaraq yeni müsahibəyə işarə edib.
“Gələn həftə… Kriştiano Ronaldo senzurasız. Onun həyatının ən şəxsi və açıq müsahibəsi olacaq.”
Xatırladaq ki, Ronaldu üç il əvvəl də Morqana eksklüziv müsahibə vermişdi. Həmin söhbət zamanı portuqaliyalı ulduz “Mançester Yunayted” klubunu sərt şəkildə tənqid etmiş, baş məşqçi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.
Futbolçu həmçinin klubun inkişafından məyus olduğunu vurğulamışdı. Həmin müsahibə “Mançester Yunayted”lə Ronaldunun müqaviləsinin ləğvi ilə nəticələnmişdi.