“Real”ın prezidenti Florentino Peres komandanın bazasını ziyarət edib.
90deqiqe.Az “COPE”ə istinadən xəbər verir ki, onun məqsədi hücumçu Vinisius Junior ilə baş məşqçi Xabi Alonsonu barışdırmaq olub.
İddiaya görə, Vinisius braziliyalı futbolçunun “Barselona” ilə matçda (2:1) 72-ci dəqiqədə əvəzlənməsindən sonra baş məşqçi ilə danışmır. O, bu qərara açıq narazılıq göstərib və davranışı ilə mətbuatın diqqətini cəlb edib.
Xatırladaq ki, hadisədən sonra Vinisius sosial şəbəkədə üzrxahlıq mesajı paylaşıb. O, klubdan, komanda yoldaşlarından və prezidentdən üzr istəyib, lakin Xabi Alonsonun adını qeyd etməyib.
 
                        