AZ

BYD şirkətinin xalis mənfəəti 30% dən çox azalıb: Satışlarda və gəlirdə tənəzzül müşahidə edilir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Çinin BYD avtomobil nəhəngi cari ilin ilk doqquz ayının nəticələrini yekunlaşdırıb.

Oxu.Az "Naavtotrasse" portalına istinadla xəbər verir ki, nəticələr ürəkaçan olmayıb. Hesabat dövründə şirkətin ümumi gəlirinin 12.75% artaraq sanballı 566.27 milyard yuan (135.6 milyard manat) həddinə çatmasına baxmayaraq, xalis mənfəət xeyli azalaraq ümumən 23.33 milyard yuan (5.59 milyard manat) təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7.55% azdır.

Tənəzzül xüsusilə üçüncü rübdə qeydə alınıb: BYD şirkətinin xalis mənfəəti birdən-birə 30%-dən çox azalaraq 7.82 milyard yuana (1.87 milyard manat) düşüb, bu rüb ərzində gəlir isə 3.05% azalaraq 195 milyard yuan (46.7 milyard manat) səviyyəsində qərarlaşıb.

Şirkətin əsas istiqamətləri - elektromobillərin və hibridlərin (NEV) satışı da çətinliklərlə üzləşib. Üçüncü rübdə 1 114 192 belə avtomobil satılıb ki, bu da keçən illə müqayisədə 1.82% azdır. Bu göstərici əvvəlki rüblə müqayisədə 2.7% azalıb. Beləliklə, ümumi gəlirin artmasına baxmayaraq, Çin şirkəti mənfəətin, habelə ekoloji cəhətdən təmiz modellərə tələbatın azalması ilə üzləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
50
oxu.az

10Mənbələr