AZ

Avrozonada mülayim iqtisadi artım qeydə alınıb

Bakı. Trend:

Cari ilin üçüncü rübündə Avrozonada 0,2 faizlik iqtisadi artımqeydə alınıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, avrodan istifadə edən 20 ölkənin iqtisadi artımtempinin ləngiməsi ABŞ-ın gömrük rüsumları artırması və Almaniyailə İtaliyanın zəif iqtisadi nəticələri ilə əlaqələndirilir.

Avropa Statistika Agentliyi “Eurostat”ın məlumatına əsasən,Almaniya iqtisadiyyatı avqust-sentyabr aylarını əhatə edən üçüncürübdə durğunluq yaşayıb və artım sıfır səviyyəsində qalıb.

Bu, ikinci rübdə 0,2%-lik azalmadan sonra baş verib. Ardıcıl ikirübdə iqtisadi geriləmə yaşanması resessiyanın geniş qəbul olunantəriflərindən biridir. İtaliya da eyni şəkildə ikinci rübdəki0,1%-lik azalmadan sonra sıfır artım nümayiş etdirib.

Almaniyada istehsal və ixracyönümlü iqtisadiyyat bir sıraamillərlə əlaqədar zəifləyib. Əsas faktorlar arasında yüksək enerjiqiymətləri, avtomobil və sənaye avadanlıqları istehsalında Çinrəqabəti, ixtisaslı işçi qüvvəsinin çatışmazlığı sadalanır.

Avropa üçün digər bir mənfi təsir faktoru ABŞ prezidenti DonaldTrampın Avropadan idxal olunan mallara 15%-lik tarif (idxal rüsumu)tətbiq etməsidir.

Məqalədə:
Seçilən
25
2
az.trend.az

3Mənbələr