AZ

Seysmik gərginlik artıb, Azərbaycanda da risklər var” Seysmoloq

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Son vaxtlar bölgədə seysmiklik artıb. Ən vacib məqamlardan biri də odur ki, zəlzələlər yerin üst qatında baş verir və belə hallarda dağıntı riski daha çox olur". Bunu Demokrat.az-a açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.O, bildirib ki, hazırda bölgədə baş verən seysmik proseslərin əsas səbəbi Afrika və Ərəbistan tektonik plitələrinin Avrasiya plitəsini sıxmasıdır:"Bu prosesin əsas təsiri Türkiyənin üzərinə düşür. Ərəbistan yarımadasının hərəkəti nəticəsində Türkiyə ərazisində mütəmadi təkanlar baş verir. Bu proseslər dayanmayacaq, çünki plitələr hərəkətdədir və ildə təxminən 2–3 santimetr irəliləyirlər. Bu da davamlı zəlzələlərin əsas səbəbidir. Onların nə vaxt bitəcəyini proqnozlaşdırmaq mümkün deyil, çünki bu proseslər minilliklər ərzində formalaşır. Gələcəkdə də bölgədə zəlzələlərin davam edəcəyi və fəsadlara səbəb ola biləcəyi istisna deyil".Seysmoloq bildirib ki, Türkiyədə zəlzələlərin faciəvi nəticələrinin əsas səbəblərindən biri tikinti sektorundakı problemlərdir:"Ölkədə çox sayda bina standartlara uyğun tikilmədiyi üçün hər təkan böyük dağıntılar yaradır. Buna görə də seysmik təhlükə baxımından Türkiyə hazırda əsas risk zonasında qalır.

Azərbaycanda isə hələlik güclü zəlzələlər gözlənilmir. Bununla belə, tikinti sektorunda təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Xüsusilə paytaxtda sıxlıq, planlaşdırma və şəhərdən çıxış məsələləri problemlidir. Güclü təkanlar baş verməsə belə, insanların təhlükəsiz ərazilərə vaxtında çıxışı çətin ola bilər. Bu səbəbdən məsələni indidən ciddi şəkildə nəzarətdə saxlamaq vacibdir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
demokrat.az

1Mənbələr