AZ

Azərbaycanlı turistlərin yeni sevimli istiqaməti “Yeni Türkiyə”

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Azərbaycanlıların son illərdə Monteneqroya marağının artması bir neçə əsas amillə bağlıdır. Əvvəla, ölkə vətəndaşlarımız üçün 90 günlük vizasız rejim Monteneqronu əlçatan və rahat səyahət məkanına çevirib”.Bunu turizm eksperti Rauf Məmmədli Demokrat.az-a açıqlamasında bildirib.O əlavə edib ki, Bakıdan Podqoritsaya birbaşa aviareyslərin mövcudluğu turizm axınını əhəmiyyətli dərəcədə artırıb:“Monteneqro həm təbii gözəllikləri, həm də Adriatik sahilində yerləşməsi ilə cazibədar istiqamətdir. Ölkə həmçinin təhlükəsiz və sakit mühit, mədəni yaxınlıq və dost münasibətləri ilə fərqlənir. Son illərdə Monteneqro hökumətinin sərmayədarlar üçün sadələşdirilmiş vergi siyasəti tətbiq etməsi iş adamlarını da cəlb edib. Bir çox azərbaycanlı sahibkarlar orada otellər, restoranlar və daşınmaz əmlak sektoruna yatırım edirlər. Turizm baxımından Monteneqro Avropanın yeni kəşf edilən incilərindən biri hesab olunur. Qiymətlərin nisbətən uyğun və münasib olması, təbiət-turizm və dəniz istirahətinin bir arada təklifi də marağı artırır. Türkiyə və Gürcüstan kimi ənənəvi istiqamətlərdə qiymət artımı azərbaycanlı turistləri alternativlər axtarmağa vadar edib. Monteneqro isə həm romantik istirahət, həm də ailəvi səfərlər üçün ideal şərait yaradır. Bu ölkə Azərbaycan turistləri üçün həm rahatlıq, həm sərmayə, həm də Avropa həyat tərzi ilə tanışlıq baxımından çoxcəhətli seçimə çevrilib”.Leyla Turan 

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
demokrat.az

1Mənbələr