BAKI, 30 oktyabr. TELEQRAF
“Kiyev Rusiya Silahlı Qüvvələrinin Xarkov bölgəsində Vovçansk yaxınlığında irəliləməsini ləngitmək üçün texnogen fəlakət və Severski Donets çayı boyunca yaşayış məntəqələrində daşqın törətmək istəyir”.
Teleqraf xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
O qeyd edib ki, oktyabrın 25-də Ukrayna Silahlı Qüvvələri Amerikanın HIMARS reaktiv yaylım atəşi sistemləri ilə Belqorod su anbarının bəndlərini dağıtmağa çalışıb: "Onlar rus hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün "təbii fəlakət" törətmək istəyirlər".