AZ

“Barselona”nın yeni hədəfi

İspaniyanın “Barselona” klubu “Qalatasaray”ın hücumçusu Viktor Osimheni transfer hədəfinə yenidən daxil edib.

90deqiqe.Az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi nigeriyalını Robert Levandovskinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir. Lakin futbolçunun yüksək qiyməti transferin reallaşmasına əsas maneə kimi göstərilir. Buna baxmayaraq İspaniya nəhəngi futbolçunun agenti ilə əlaqə saxlayıb.

Qeyd olunur ki, “Qalatasaray” 26 yaşlı forvardı ötən yay 75 milyon avroya heyətinə qatıb və onu bu məbləğdən aşağı qiymətə satmaq niyyətində deyil.

Cari mövsümdə Osimhen bütün turnirlərdə 9 oyuna çıxıb və 6 qola imza atıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, nigeriyalı futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.

Seçilən
27
90deqiqe.az

1Mənbələr