Amerikalı sahibkar İlon Maskın atası, milyarder Errol Mask oğlunun Rusiyaya bir neçə dəfə səfər etdiyini deyib.
Redaktor.az xəbər verir ki, İlon Maskın atası bu haqda TASS-a verdiyi müsahibədə bildirib.
“Bəli, o, burada olub. Və hələ də gələcək. Mən ona daha tez-tez gəlməsini deyəcəyəm. Aydın məsələdir ki, o, çox vacib bir fiqurdur. Və bəzi ölkələrə səfər edərkən, ya gizli, ya da açıq şəkildə gəlməlidir. Ola bilsin ki, o, bir neçə dəfə artıq burada gizli şəkildə olub”, – deyə Errol Mask bildirib.
Errol Mask həmçinin, oğluyla bir neçə açıq səfərin təşkilini müzakirə edəcəyini qeyd edib.
21 oktyabrda Errol Mask Kazan şəhərinə gəlib və yerli İT parklarını ziyarət edib. O, İlon Maskın yaxın vaxtlarda Rusiyaya səfər edə biləcəyini açıqlayıb. Lakin məlumdur ki, İlon Mask özü ilə illərdir ki, atası ilə əlaqə saxlamır. Eyni gün, Dövlət Dumasının deputatı Anton Tkachev, İlon Maskın Rusiyaya gəlməməsinin səbəbini sanksiyalar və ya iş yükünün çox olması ilə əlaqələndirib. Onun fikrincə, SpaceX və Tesla şirkətlərinin sahibi ümumiyyətlə çox səyahət etmir.
Əvvəlcə isə Errol Mask, oğlunun Rusiyaya bağlı bir sorğusundan danışmışdı.
Xədicə BAXIŞLI
 
                        