AZ

“Uzak Şehir” üçün mahnı yazdı

Kanal D-nin bazar ertəsi günləri ekranlara gələn hit serialı “Uzak Şehir” bu həftə tamaşaçılarına sürpriz hazırlayıb.

Musavat.com xəbər verir ki, Türk musiqisinin əfsanəvi adlarından olan Sezen Aksu pərəstişkarı olduğu serial üçün yeni mahnı bəstələyib və layihəyə hədiyyə edib.

Aksunun söz və musiqisi ona məxsus olan “Çek Tetiği” adlı mahnını serialın baş rol ifaçılarından Ozan Akbaba səsləndirib. Akbaba mahnının yazılması üçün çəkilişlər aparıldığı Midyatdan İstanbula gələrək Sezen Aksunun ev studiyasında qeyd prosesinə qatılıb. Musiqidə Ahmet Koça məxsus bağlama ifası da diqqət çəkir.

Hazırlanan xüsusi treyler yeni bölümdəki emosional səhnələrlə birlikdə təqdim olunub və sosial mediada böyük maraq doğurub. Tamaşaçılar Ozan Akbabanın ifasını yüksək qiymətləndiriblər.

Sezen Aksu daha əvvəl də serial üçün mahnı sözləri yazıb və “Uzak Şehir” yaradıcı heyəti tərəfindən “uğur simvolu” kimi qəbul olunur.

Könül
Musavat.com 

Seçilən
23
musavat.com

1Mənbələr