AZ

Çin və Yaponiyanın avtomobil nəhəngləri çətinliklərlə üzləşir

Çin avtomobil konserni BYD 2025-ci ilin üçüncü rübündə xalis mənfəətini və gəlirini azaltdığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə interfax.ru məlumat yayıb.

“İyul-sentyabr aylarında şirkətin xalis mənfəəti illik müqayisədə 32,6% azalaraq 7,82 milyard yuan (1,1 milyard dollar) təşkil edib. Gəlir isə 3,1% azalaraq 195 milyard yuan olub”, – agentlik bildirir.

Öncəki məlumatlara görə, 2025-ci ilin II rübündə Yaponiyanın Honda Motor şirkətinin mənfəəti ABŞ hökumətinin gömrük rüsumları tətbiq etməsi nəticəsində 50%-dən çox azalıb.

Aprel-iyun aylarında Yapon avtomobil nəhənginin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 50,2% azalıb. Həmçinin, əməliyyat mənfəəti 49,6% düşüb.

Azalma səbəbləri arasında ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları və valyuta məzənnələrindəki dalğalanmalar göstərilir.

Əvvəllər "KamAZ" şirkəti 6 aylıq dövrün nəticələrinə görə 31 milyard rubl zərər etdiyini açıqlamışdı.

Xədicə BAXIŞLI

Seçilən
27
1
redaktor.az

2Mənbələr