AZ

Beyləqandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Beyləqanda baş verən ağır qəzada xəsarət alan 4 nəfərin son vəziyyəti açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Beyləqanda iki avtomobil toqquşdu, 4 nəfər xəsarət aldı - FOTO


Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
 

Bildirilib ki, 30.10.2025-ci il tarixdə saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər ( kişi ) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. 

Vəziyyətləri kafidir.

Bizim.Media

Seçilən
17
bizim.media

1Mənbələr