 Elçilik (istəmə) mərasimi zamanı baş verən maraqlı hadisə sosial şəbəkədə gündəm olub.
Elçilik (istəmə) mərasimi zamanı baş verən maraqlı hadisə sosial şəbəkədə gündəm olub. 
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Gənc qızın anası, bəy tərəfinə sərt sözlər ünvanlayaraq, "Ən kiçik bir səhv olsa, bu münasibət bitər. Üzük taxılıb demdən, kəsib ataram," – deyə bildirib.
Hadisə anının videosu qısa müddətdə sosial mediada sürətlə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər paylaşıma müxtəlif şərhlər yazıblar: "Bəylə işin çətin olacaq, Allah köməyin olsun", "Gərginliyin ilk toxumları əkildi. Bu sözlər heç vaxt unudulmaz, hər dəfə yada salınar", "Övladının arxasında durmaq istədi, amma əksinə, onu çətin vəziyyətdə qoydu", "Üslub – sən nə gözəl şeysən!".
Videonun sürətlə viral olması, cəmiyyətin elçilik mərasimlərindəki davranış və üslub barədə fikir ayrılıqlarını da bir daha gündəmə gətirib.
 
                        