AZ

“Nüvə sınaqları həyata keçirilərsə, eyni şəkildə hərəkət edəcəyik” – Rusiya

Kremlin sözçüsü Dmitri Peskov, dayandırılan nüvə silahı sınaqlarının keçiriləcəyi təqdirdə Rusiyanın da eyni şəkildə hərəkət edəcəyini bildirib.

Busaat.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə nüvə silahı haqda danışıb.

ABŞ prezidenti Donald Trampın Pentaqona nüvə silahı sınaqlarına dərhal başlamaq göstərişi verdiyini xatırladan Peskov, “bu mövzuda moratorium var”,-deyib.

Trampın başqa ölkələrin nüvə silahı sınaqdan keçirdiyini iddia etdiyini qeyd edən Peskov, bu barədə heç bir məlumatı olmadığını bildirib.

Rusiyanın nüvə enerjili buraxılış sistemi ilə sərhədsiz mənzilli “Burevestnik” qanadlı raketi və “Poseydon” pilotsuz sualtı gəmisini sınaqdan keçirdiyini qeyd edən Peskov, bunların nüvə sınaqları olmadığını vurğulayıb.

Peskov qeyd ecib:

“Hər bir ölkə öz müdafiə sistemlərini inkişaf etdirmək üçün çalışır. ABŞ suveren bir ölkədir və suveren qərarlar vermək hüququna malikdir. Ümid edirəm ki, Tramp Rusiyadakı sınaqlarla bağlı düzgün məlumatlandırılıb. Bu, nüvə sınağı kimi şərh edilə bilməz”.

Peskov ABŞ-ın nüvə sınaqlarını bərpa etmək planları ilə bağlı Rusiyaya rəsmi məlumat vermədiyini qeyd edərək, iki ölkə arasında yeni silahlanma yarışının olmadığını vurğulayıb.

Yeganə

 

Seçilən
12
busaat.az

1Mənbələr