AZ

ABŞ bu sahədə Rusiyanın yerini tutmaq istəyir

Əgər Pekin Rusiyadan alışı azaldarsa, ABŞ Çinə daha çox neft və təbii qaz satmağa hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ energetika naziri Kris Rayt “Bloomberg” agentliyinə müsahibəsində deyib.

Rayt bəyan edib ki, ABŞ və Çin arasında “qarşılıqlı faydalı sövdələşmələr üçün böyük mühit” var.

O, qeyd edib ki, ABŞ dünyanın ən böyük neft və qaz ixracatçısı, Çin isə ən böyük idxalçısıdır: “Birləşmiş Ştatların təbii qaz, neft və açığını desək, Cənubi Koreyaya nüvə texnologiyalarını tədarük etməkdə bizim rolumuzu genişləndirmək üçün böyük potensial var”, – amerikalı nazir bildirib.

O, həmçinin qeyd edib ki, bir neçə həftə ərzində və bəlkə də daha tez Asiyaya səfər etməyi planlaşdırır.

Çin lideri Si Cinpinlə Cənubi Koreyada görüşündən əvvəl Tramp bildirmişdi ki, onunla Rusiyadan neft almağı dayandırmaq barədə danışmağı planlaşdırır.

Xatırladaq ki, ABŞ-nin “Rosneft” və “Lukoyl”a sanksiyalar tətbiq etməsindən sonra bəzi Çin dövlət neft nəhəngləri dəniz yolu ilə daşınan Rusiya neftinin alışını dayandırıb.

Xatirə SADİQ

Seçilən
18
nocomment.az

1Mənbələr