AZ

Britaniya İranlı bankirə sanksiya qoydu

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Britaniya hökuməti iranlı bankir və iş adamı Əliəkbər Ənsarini İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) maliyyə dəstəyi verməkdə ittiham edərək sanksiya tətbiq edib.

Böyük Britaniyanın Yaxın Şərq naziri Həmiş Falkoner bildirib ki, İİKK-nın Böyük Britaniyada da daxil olmaqla həyata keçirdiyi “düşmənçilik və təhdidlər qəbuledilməzdir” və London buna qarşı “təsirli tədbirlər görməkdə davam edəcək”.

Sanksiyalar çərçivəsində Ənsarinin aktivləri dondurulub, səyahətinə qadağa qoyulub və direktor kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Ənsari bu yaxınlarda ləğv edilən **“Bank Ayandeh”**in əsas səhmdarıdır. O, Tehrandakı “Iran Mall” ticarət mərkəzinin tikintisini maliyyələşdirib, lakin sonradan maliyyə çətinlikləri ilə üzləşib.

Bu addım, Britaniyanın son aylarda İİKK-nın üzvlərinə və İranın İsrailə raket və dron hücumundan sonra bəzi hərbi rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaların davamı kimi qiymətləndirilir.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr