Oxu24.com keçmiş deputat Gültəkin Hacıbəylinin ölkədən qaçması barədə məlumat yaymışdı.
Bu xəbər yayıldıqdan sonra G.Hacıbəyli özünün “Facebook” profilində paylaşım edərək xəbərin yalan olduğunu yazıb.
Oxu24.com-a Gültəkin Hacıbəylinin səs yazısı daxil olub.O, danışığı zamanı Türkiyədə olduğunu təsdiqləyir.
“Türkiyədəyəm,bəli,Türkiyədəyəm.Keçən ayın 25-dən Türkiyədəyəm”,-deyərək telefon danışığında qeyd edir.
Gültəkin Hacıbəylinin danışığının digər detalları bizdə olsa da,yayımlamağı məqbul bilmirik.
Qeyd edək ki,sözügedən telefon danışığı bu gün baş tutub.
Sonda sual edirik: Hər zaman düzgünlükdən,şəffaflıqdan danışan Gültəkin Hacıbəyli niyə yalan danışır?