"Neftçi"nin yayda heyətinə qatdığı əcnəbilərdən biri də İqor Ribeyro oldu.
29 yaşlı stoperin "ağ qaralar"a keçidi xoş səda yaratdı.
Media təqdir etdi, azarkeşlər alqışladı, mütəxəssislər müsbət rəy verdi.
Bütün bunlar əbəs yerə deyildi.
Braziliya müdafiəçi "Araz-Naxçıvan"dakı əla performansı ilə bütün diqqətləri üzərinə çəkə bilmişdi.
Amma arxada qalan 3 ayda ağıllara gəlməyən Ribeyronun başına gəldi.
"Turan Tovuz"la matçda qırmızı vərəqə ilə yadda qaldı, "Araz-Naxçıvan"la görüşdə rəqibin qol vurması üçün əla şərait yaratdı, MOİK-lə son matçda hərəkətini daha qabarıq formada təkrarladı.
Sadaladıqlarım İqorun iti ox kimi gözə batan səhvləridir, xırda-para nöqsanlarını demirəm.
Əslində bu məqam növbəti dəfə təsdiqləmiş olur ki, ortabab və ya tarixi dərin olmayan klublarda parlayan oyunçular bir çox hallarda iddialı klubların qazanında heç də çox duruş gətirə bilmirlər, çiy qalırlar.
XANOĞLAN İMANOV