AZ

“Real Madrid” UEFA dan 4 milyard avrodan çox təzminat tələb edəcək

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Real Madrid” klubu Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) təzminat tələb etmək niyyətindədir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, Madrid klubu yaxın vaxtlarda 4 milyard avrodan çox təzminat tələbi ilə məhkəməyə müraciət etməyi planlaşdırır.

“Real Madrid”in mütəxəssislərinin hazırladığı sənədlərə görə, klub 4,5-4,7 milyard avro itirib.

Bu, həmçinin ispaniyalı futbolçuların matçlardan, yayımlardan və kommersiya fəaliyyətlərindən əldə etdiyi gəlirləri də nəzərə alır.

Qeyd edək ki, bundan əvvəl Madrid Əyalət Məhkəməsi UEFA-nın Super Liqa məsələsində Aİ-nin yarış qaydalarını ciddi şəkildə pozduğunu müəyyən edib.

Xatırladaq ki, Super Liqa layihəsini 2021-ci il aprelin 19-da Avropanın 12 aparıcı klubu elan edib. Layihəyə “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal” (İngiltərə), “Barselona”, “Atletiko” və “Real Madrid” (İspaniya), “Milan”, “İnter” və “Yuventus” (İtaliya) klubları daxil olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
yeniavaz.com

1Mənbələr