AZ

Piastri Ferstappenin üstün olduğunu etiraf etdi

“Formula-1” üzrə dünya çempionatında turnir cədvəlinə başçılıq edən Oskar Piastri (Maklaren) “Red Bull”un pilotu Maks Ferstappenin qələbə qazandığı Amerika mərhələsinin yekunlarını şərh edib:
“Aydındı ki, Maks bu dəfə hamıdan sürətli, hamıdan üstün idi. Mənim üçün vacib olan məsələ bu mərhələnin niyə belə çətin keçdiyini aydınlaşdırmaq və əvvəlki, yəni mövsümün əvvəlində olan formamıza qayıtmaqdı. Odu ki, bu mənim əsas hədəfimdi, formamı bərpa etsəm, nəticələr də özü-özünə gələcək”.
24 yaşlı avstraliyalı pilot 346 xalla turnir cədvəlinin önündə qərarlaşıb. “Maklaren”in digər pilotu Lando Norris 332 xalla 2-ci, Maks Ferstappen isə 306 xalla 3-cü pillədə qərarlaşıb.
Seçilən
45
1
football-plus.az

2Mənbələr