Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
HƏMAS terror təşkilatının hərbi qanadı Qəzzada atəşkəs razılaşmasının bir hissəsi olaraq iki girovun cəsədini İsrailə təhvil verməyə hazırlaşdığını təsdiqlədi.
Bizimyol.info xəbər verir ki, HƏMAS sözçüsünün verdiyi məlumata görə, proses 30 oktyabr saat 16:00-da başlayacaq.
Cəsədləri təhvil veriləcək girovların şəxsiyyəti və digər detallar açıqlanmır.
Əvvəllər İsrail mənbələri girovların cəsədlərini yaxın saatlarda təhvil almaq üçün hazırlıqların aparıldığını bildirmişdi. Qırmızı Xaç hələlik vəziyyətlə bağlı şərh verməyib.
"Hazırda Qəzzada ölən 13 girovun cəsədi terrorçuların əlində qalır", - deyə İsrail mətbuatı yazır.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.