ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Son illər Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sayı artmaqdadır. Bu məsələyə mənəvi kriteriyalar çərçivəsində yanaşmaqdan daha çox, sosial səbəbləri ön plana çıxarmaq lazımdır. Çünki bir çox hallarda bu qərarları verən şəxslər müəyyən sosial-iqtisadi vəziyyətin təsiri altında seçim edirlər”.Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.Deputat əlavə edib ki, bu, fərdi arzudan daha çox, zərurətə əsaslanan qərar olur:“Xüsusilə də evlilik yaşına çatmış gənclərin qarşısında duran ciddi problemlərdən biri maddi təminatdır. Ya ev problemi var, ya da sabit iş və gəlir mənbəyi yoxdur. Belə olan halda, xüsusən xanımlar həyatlarında sabitlik və təminat axtarışında olduqları üçün, qarşılarına çıxan və xarici vətəndaş olan, müəyyən imkanlara malik şəxslərlə ailə qurmağa üstünlük verə bilirlər. Bu vəziyyətin özü daha çox sosial xarakter daşıyır və sırf sosial amil kimi qiymətləndirilməlidir. Əgər doğrudan da Azərbaycan gəncləri üçün məşğulluq imkanları genişlənsə, sabit gəlirli iş yerləri açılsa, vətəndaşlarımızın ailə qurub yaşatmaq üçün normal iqtisadi bazası olsa, bu cür nikahlar da bu qədər yayılmazdı. Yəni əsas məsələ gənclərin yaşamaq və ailə saxlamaq imkanlarının məhdud olmasıdır”.F.Mustafa diqqətə çatdırıb ki, burada könül işi də rol oynayır:“Bəzən insanlar həqiqətən də bir-birini sevə, birgə gələcək planlaşdırlar. Lakin reallıq göstərir ki, əksər hallarda bu cür nikahların təməlində sosial və iqtisadi səbəblər dayanır. Əvvəllər cəmiyyət daha qapalı idi, seçim imkanları məhdud idi. Amma indi dünya daha açıqdır təhsil, iş, miqrasiya imkanları çoxalıb və bu səbəbdən də xaricilərlə qurulan nikahlar daha çox müşahidə olunur. Bu hal artıq təəccüblə qarşılanmamalıdır. Əgər gənclərimiz – istər qız, istər oğlan – öz yaşadıqları mühitdə şəxsiyyətlərini qoruyub mövqe qazana bilsələr, iqtisadi sabitlikləri olsa, təbii ki, daha çox Azərbaycanlılarla ailə qurmağa üstünlük verəcəklər. Bu, həm ailə dəyərlərinin qorunması, həm də cəmiyyətin sosial sabitliyi baxımından müsbət nəticə verəcəkdir. Burada müsbət və mənfi tərəfləri müəyyən etmək də çətindir. Minlərlə mübahisəli azərbaycanlı ailə var. Ümumiyyətlə ailə sağlam təməl üzərində qurulmalıdır”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        