AZ

AYNA nın məqsədi şəhərdə sıxlığı azaltmaq olmalıdır, amma...

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“AYNA-nın yeni parklanma yerləri yaratması ideya olaraq müsbət görünsə də, onun həyata keçirilməsi bir çox hallarda problemlərə səbəb olur. Əslində, paytaxtda parklanma yerlərinə ehtiyac var”. Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.O əlavə edib ki, bu yerlərin harada və necə yaradılması daha vacib məsələdir:“Təəssüf ki, bəzi küçələrdə və məhəllədaxili ərazilərdə salınan dayanacaqlar nəqliyyat axınını asanlaşdırmaq əvəzinə, əksinə, hərəkəti çətinləşdirir. Dar və sıx küçələrdə parklanma yerlərinin yaradılması nəticəsində avtomobillər üçün hərəkət zolaqları daralır, piyadaların təhlükəsizliyi pozulur, nəticədə tıxaclar artır. Bu, həm sürücülərin narazılığına, həm də şəhərdaxili nəqliyyatın daha da yüklənməsinə səbəb olur. Parklanma siyasəti şəhərin ümumi nəqliyyat planına uyğun şəkildə qurulmalıdır. Hər hansı bir ərazidə dayanacaq salınmazdan əvvəl, həmin yerin nəqliyyat yükü, ətraf yolların eni və alternativ dayanma imkanları analiz edilməlidir. Əks halda, bu cür addımlar problemi həll etmir, sadəcə başqa küçələrə daşıyır”.Eskpert bildirib ki, yeni parklanma yerləri açmaqdan daha vacib məsələ mövcud qaydaların düzgün tətbiqidir:“Sürücülər çox zaman qaydalara əməl etmir, bu da nəqliyyatda xaos yaradır. Bunun qarşısını almaq üçün ictimai nəqliyyatı daha cəlbedici etmək, dayanma və parklanma qaydalarına nəzarəti gücləndirmək lazımdır. AYNA-nın məqsədi avtomobil axınını azaltmaq və şəhərdə səliqəli parklanma sistemi qurmaq olmalıdır. Amma bu məqsəd düzgün planlaşdırma və nəqliyyat mühəndisliyi yanaşması olmadan mümkün deyil. Yəni, sadəcə yeni yerlər açmaqla yox, ağıllı və düşünülmüş parklanma strategiyası ilə problemə yanaşmaq lazımdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr