AZ

Kivi sirkəsi müğənnini xəstəxanalıq etdi Dietoloqdan xəbərdarlıq

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Kivi sirkəsi və ümumiyyətlə meyvə sirkələri orqanizmdə arıqlama prosesi üçün birbaşa təsir göstərmir”.Bu sözləri  Demokrat.az-a açıqlamasında dietoloq Lətiifə Əzimova deyib. O əlavə edib ki, bu tip sirkələr bəzən maddələr mübadiləsini az da olsa sürətləndirə bilər:“Amma düzgün və balanslı qidalanma ilə müşayiət olunmadıqda orqanizmə ciddi zərər verə bilər. Xüsusilə, sirkəni acqarına və uzun müddət, çox miqdarda içmək mədə selikli qişasını zədələyir, qastrit və reflü kimi problemlərə səbəb ola bilər. Sirkənin turşuluğu bədəndə elektrolit balansını poza, vitamin və mineralların sorulmasını zəiflədə, nəticədə halsızlıq, başgicəllənmə və vitamin çatışmazlığı yarada bilər. Bir çox insan arıqlamaq məqsədilə bu tip təbii üsullara əl atır, amma bu, sağlam çəki azalması deyil. Orqanizmdən su və bəzi qida maddələri çıxır. Nəticədə bədən zəifləyir, amma yağ toxuması azalmır. Arıqlamaq istəyən şəxslər mütləq həkim və dietoloqla məsləhətləşməlidir. Qidalanma proqramı balanslı olmalı, sirkə kimi turş məhlullar isə yalnız az miqdarda, yeməklərlə birlikdə qəbul edilməlidir. Bu cür təbii üsullar ciddi sağlamlıq fəsadlarına gətirib çıxara bilər”.Leyla Turan 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr