ABŞ-da "United Airlines"ın sərnişinləri stüardessalar arasında baş verən dava səbəbindən saatlarla hava limanında gözləməli oldular.
Publika.az xəbər verir ki vu barədə "Daily Mail" məlumat yayıb.
Hadisə Airbus A320 tipli təyyarədə baş verib. Təyyarə Ayova ştatının De-Moyn şəhərindən Çikaqoya uçmalı olub. Uçuş saatı səhər saat 11:26 olaraq təyin olunub, lakin sərnişinlər adi təhlükəsizlik təlimatı əvəzinə iki ekipaj üzvü arasında mübahisənin şahidi olublar. Bu mübahisə dava ilə nəticələnib.
Hava yolu şirkətinin meneceri münaqişəyə müdaxilə edərək bütün ekipajı uçuşdan çıxarmaq və yenisi ilə əvəzləmək qərarı verib. Saat 12:10-da sərnişinlərdən təyyarəni tərk etmələri istənilib li, vəziyyət nizama salınsın.
Bir neçə saatlıq gözləmə və təşkilati gecikmələrdən sonra təyyarə 15:24-də havaya qalxıb ki, bu da təxminən dörd saatlıq gecikmə deməkdir.