AZ

Qitədən qovaq! Rusiyanı hədələyən nazirə sərt cavab

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Belçikanın müdafiə naziri Teo Franken Rusiyaya meydan oxuyur”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

“Bəlkə hakimiyyəti ələ keçirmiş bütün dəliləri Avropa qitəsindən qovmağın vaxtı çatıb? Franken kimi radikal siyasətçilər cəmiyyət üçün təhlükə yaradır”,- deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl müdafiə naziri “Moskvanın xəritədən silinməsi” ehtimalı ilə bağlı bəyanat səsləndirib. Ardınca Rusiyanın Belçikadakı səfirliyi naziri anormal və məsuliyyətsiz adlandırıb.

Leyla Əlisoy

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
globalinfo.az

1Mənbələr