AZ

Taksilərdən bezmişik, maşına məcbur oturdub aparırlar 20 Yanvar da XAOS

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyasının ətrafında yaşanan xaos sakinləri narahat edir.

Ərazidə fəaliyyət göstərən taksi sürücülərinin sərnişin götürmək üçün səbəb olduğu səs-küy, həmçinin burada sıxlıq yarandığına görə rahat hərəkətin çətinləşməsi vətəndaşların narazılığına səbəb olur.

"Taksilərin əlindən bezmişik, evimizə gedə bilmirik", "Maşına məcbur oturdub aparırlar", - deyə sakinlər vəziyyətdən narazı olduqlarını bildirirlər.

Daha ətraflı Baku TV-nin videomaterialında:

"Taksilərdən bezmişik, maşına məcbur oturdub aparırlar" - "20 Yanvar"da XAOS

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
4
oxu.az

5Mənbələr