AZ

Paralimpiyaçılarımız beynəlxalq turnirdə 8 medal qazanıblar

Boccia idman növü üzrə paralimpiyaçılarımız 25-31 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxışını başa vurub.

Apasport.az xəbər verir ki, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıb, Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Qoşa yarışlarda da qüvvəsini sınayan bocciaçılarımızdan Zaur Veysəlov ilə Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl medal qazanaraq himnimizi səsləndiriblər.

Beləliklə, paralimpiyaçılarımız turniri komanda hesabında birinci pillədə başa vurub.

Topuriyanın növbəti rəqibi bəlli olub

MMA üzrə dünya çempionatı: İdmançılarımızdan 1 gümüş, 1 bürünc

"Qızıl Qurd" ləqəbli kikboksçumuz peşəkar karyerasını başa vurub - VİDEO

Konor Makqreqor döyüşə bilməyəcək - diskvalifikasiya edilib

III MDB Oyunları: Azərbaycan qılıncoynadanı bürünc medal qazanıb - FOTO

Seçilən
16
2
apasport.az

5Mənbələr