AZ

“Liverpul”un uzunmüddətli müqavilə planı

style='margin-bottom:10px;'>

“Liverpul” Rayan Qravenberxinlə əməkdaşlığı davam etdirmək istəyir.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi niderlandlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamağı planlaşdırır. 

Bildirilir ki, klub yaxın zamanda Qravenberxlə danışıqlara başlayacaq. Hazırkı müqaviləsi 2028-ci ilin 30 iyununa qədər olan futbolçuya əlavə iki illik uzadılma təklifi ediləcək.

Xatırladaq ki, Rayan Qravenberx 2023-cü ilin yayında “Bavariya” klubundan 40 milyon avroya “Liverpul”a keçib. 23 yaşlı futbolçu bu mövsüm ingilis klubunun heyətində 9 matçda iştirak edərək 2 qol və 2 assistlə yadda qalıb.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr