Əlverişsiz hava və güclü külək səbəbindən Kiyevdə Ukraynanın əsas bayrağı yarıya qədər endirilib.
Busaat.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası öz Teleqram kanalında məlumat yayıb.
“Proqnozlaşdırılan əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 30-da paytaxtda əsas Ukrayna bayrağı müvəqqəti endirilib”, – məlumatda deyilir.
Rəsmilər qeyd ediblər ki, sinoptiklər Kiyevdə küləyin sürəti saniyədə 15-20 metrə çatacağını proqnozlaşdırır. Bayraq oktyabrın 31-də günün sonuna kimi yarıya qədər dalğalanacaq.
Yeganə
 
                        