Azərbaycan Respublikası Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) tərəfindən Dubay şəhərində keçirilmiş "Kvant sıçrayışı: çeviklik və rəqabət üstünlüyü" mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
Auditorlar Palatasından AZƏRTAC-a verilən məlumata əsasən, beynəlxalq konfransda çıxış edən Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov tədbirin təşkilatçılarına dəvətə görə öz minnətdarlıqlarını bildiriblər.
F.İsmayılov, həmçinin məruzə ilə çıxış edərək ölkə Prezidenti İlham Əliyevin Azərbaycanla Pakistan arasında dostluq münasibətləri barədə söylədiyi fikirləri bölüşüb, haqsız rəqabət, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində həyata keçirilən uğurlu islahatlar, yeni texnologiyaların tətbiqi vasitəsilə çevikliyin artırılması barədə keçirilən tədbirlərdən bəhs ediblər. Palata təmsilçiləri konfrans çərçivəsində haqsız rəqabətə qarşı mübarizə istiqamətində Azərbaycan təcrübəsini bölüşüb və iştirakçılarla müzakirələr aparıblar.
Tədbir zamanı Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP), Birləşmiş Ərəb Əmirliklərinin audit və mühasibatlıq qurumları ilə Azərbaycanın Auditorlar Palatası arasında peşəkar inkişaf və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə BƏƏ-nin xarici ticarət naziri, Pakistanın Maliyyə nazirinin müşaviri, ICAP-ın prezidenti, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti, Səudiyyə Ərəbistanının Sertifikatlı və Peşəkar Mühasiblər Təşkilatının (SOCPA) baş direktoru, SAFA Holdinqin prezidenti, ICAP-ın Şura üzvləri, “Mashreq Gold & Distribution” şirkətinin rəhbəri və baş icraçı direktoru, Yaxın Şərq üzrə PwC-nin Əminlik üzrə partnyorları, Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) üzrə Əminlik rəhbəri və Davamlılıq Hesabatı və Əminlik üzrə direktoru, Rəqəmsal Etibar üzrə direktoru, Baş Kapital Bazarları üzrə direktor vəzifəsini icra edən (ADX), Körfəz Əməkdaşlıq Şurasının (GCC) Direktorlar İnstitutunun üzvü, BƏƏ-nin İdarəetmə Komitəsinin sədri (ICAP) və Dubay Maliyyə Xidmətləri Təşkilatının Audit və İnfrastruktur direktoru nümayəndələri tərəfindən “BƏƏ və Körfəz Ərəbistanı Əməkdaşlıq Şurasının (GCC) Transformativ Böyüməyə Yol Xəritəsi”, “Yenidənqurma Maliyyəsi: İnklüziv, Ölçülən və Regional Səviyyədə Ağıllı”, “Pakistan və BƏƏ arasında investisiya perspektivləri və diplomatik münasibətlər”, “Yaxın Şərqdə Gələcəyə Hazır Maliyyə Ekosisteminin Qurulması”; “Maliyyə Liderliyinin Gələcəyinin Formalaşdırılması: IFAC-ın Maliyyə Direktorlarının Təkmilləşdirilməsi Görünüşü”, “Növbəti Nəsil Maliyyə: Davamlı, Ağıllı və Bacarıqlı”; “Tənzimləmə. Hesabat təqdim etmə. Rəhbərlik təyin etmə - Uyğunluqdan etibara”, “Regional Sinergiyanı Təşviq Etmək”, “Sərhədsiz Mühasibatlıq - ICAP-ın Qlobal Əhəmiyyətlilik üçün Təhsilini Yenidən Təsəvvür Etmək”, “Sərhədləri Kənarda Bankçılıq: Sürətlə İnkişaf Edən Maliyyə Ekosistemində Çevikliyin Təşviqi”, “Gələcəyin Maliyyələşdirilməsi: Maliyyə Direktorları BƏƏ-nin ESG Ekosistemində Yaşıl Kapitalın Açılması” mövzularında məruzə və müzakirələr dinlənilib.