AZ

Avropanın 12 maddəlik Ukrayna Sülh Planının detalları mətbuata sızdı – planda nələr var...


Ukraynanın müttəfiq Avropa ölkələri tərəfindən hazırlanmış 12 maddəlik Sülh Planının detalları mətbuata sızdırılıb.

Qərb mənbələri Ukraynadakı müharibəyə son qoymağı hədəfləyən və iki mərhələli yol xəritəsini nəzərdə tutan hərtərəfli sülh planının təfərrüatlarını açıqlayıblar. Plan iki əsas mərhələ ətrafında qurulub - atəşkəs və danışıqlar.

Planın qəbul edilməsinin ardından 24 saat ərzində atəşkəsin başlaması gözlənilir. Bu proses cəbhə xətlərinin dondurulmasını və atəşkəsin ABŞ-ın rəhbərliyi altında dərhal başalaycaq beynəlxalq mexanizmlə monitorinqini əhatə edir.

Tərəflərin bir-birinə hücum etməməklə bağlı razılaşması planın əsas təməl daşlarından biri olacaq. Plan həmçinin Zaporojye Atom Elektrik Stansiyasının müvəqqəti olaraq üçüncü tərəfə verilməsini və sonda Ukraynaya qaytarılmasını nəzərdə tutur.

Plana görə, Rusiyaya qarşı "simvolik sanksiyaların" ləğvi ilə ilk addım atılacaq. Əsas sanksiyaların isə planın icrası ilə paralel olaraq tədricən ləğv ediləcəyi gözlənilir. Son mərhələ, Ukrayna və Rusiya təzminat məsələsində razılığa gələrsə, Qərb tərəfindən dondurulmuş Rusiya aktivlərinin azad edilməsini nəzərdə tutur.

Planın ən həssas mərhələsi Rusiyanın nəzarəti altında olan ərazilərin yekun statusunu müzakirə etmək üçün danışıqları əhatə edir. Bu proses zamanı tərəflərin son döyüş xəttini və Rusiyanın nəzarətində olan ərazilərin idarə olunması ilə bağlı razılaşmaları rəsmiləşdirməsi gözlənilir.

Planda Ukraynaya beynəlxalq təhlükəsizlik zəmanətlərinin verilməsi də nəzərdən keçirilir. Plan həmçinin tərəflər arasında uzunmüddətli barışığı təşviq etməyi hədəfləyir.

Kiyev və Moskvaya iki ölkə arasında dil, mədəniyyət və dini müxtəlifliyə qarşılıqlı anlaşma və hörməti gücləndirmək üçün addımlar atmaq tövsiyə olunur.

TAHİR

Seçilən
26
baki-xeber.com

1Mənbələr