Almaniyanın Maqdeburq Universitet Klinikasının həkimləri dörd ay vaxtından əvvəl dünyaya gələn qız körpəni xilas etməyi bacarıblar.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, körpə doğulduğu zaman cəmi 300 qram çəkidə olub.
Həkimlər bunu “fövqəladə tibbi uğur” adlandırıblar. Körpənin həyatda qalması üçün uzun müddət xüsusi tibbi nəzarət altında saxlanılıb. Dünyada bu qədər erkən doğulan uşaqların sağ qalma ehtimalı cəmi 25 faiz təşkil edir.
Maqdeburqdakı klinikadan bildirilib ki, körpə 16 həftə əvvəl doğulsa da, onun inkişafı normal şəkildə davam edib. O, təxminən iki ay süni tənəffüs aparatına qoşulu vəziyyətdə olub. Bu müddət ərzində valideynlər hər zaman onun yanında olublar və körpə ilə emosional bağlarını qoruyublar.
Doğuşdan yeddi həftə sonra körpə artıq müstəqil şəkildə nəfəs ala bilib, doqquz həftə sonra isə valideynlər onu evə aparıblar. Körpənin valideynləri onun adını açıqlamayıblar, çünki şəxsi məxfiliyi qorumaq istəyiblər.
Həkimlərin sözlərinə görə, hazırda qızcığazın səhhəti normaldır və o, sağlam şəkildə inkişaf edir.
Nuriyyə NATİQQIZI

