Qüdsdə pravoslav yəhudi icmasının təşkil etdiyi genişmiqyaslı etiraz aksiyası başlayıb. Nəqliyyat məhdudiyyətləri səbəbindən minlərlə dindar şəhərətrafı qatarlarla İsrail paytaxtına gedir.
Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
"Qəzza əməliyyatından sonra kəskin əsgər çatışmazlığı səbəbindən İsrail hökuməti bəzi pravoslav yəhudiləri ölkəni müdafiə etmək üçün səfərbər etməyə çalışır. Lakin onlar bundan imtina edirlər", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bəzi dindarlar İsraildən ABŞ-a və ya başqa ölkələrə mühacirət etməyə üstünlük verəcəklər ki, onlara hərbi xidmət və ya işləmək əvəzinə "Tövrat"ı dərindən öyrənmək imkanı verilsin.