AZ

Luvrun qarəti üzrə 7 nəfər saxlanıldı – Paris prokuroru

Paris prokuroru Lor Bekkyuo Luvr soyğunçuluğu ilə bağlı daha 5 şübhəlinin həbs edildiyini və bununla da istintaqda saxlanılanların ümumi sayının 7-yə çatdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Prokuror oktyabrın 29-da axşam saatlarında Luvrdakı Apollon Qalereyasından zinət əşyalarının oğurlanmasında əli olduğu güman edilən beş nəfərin paytaxt bölgəsində saxlanıldığını təsdiqləyib.

Saxlanılanlardan birinin quldurluqda bilavasitə iştirak edən 4 nəfərdən biri olduğu ehtimal edilir. Qalan dörd nəfərin hadisələrin necə cərəyan etdiyi barədə məlumatı ola bilər.

Prokuror əlavə edib ki, oğurlanmış 8 qızıl-zinət əşyası indiyədək aşkarlanmayıb.

Xatirə SADİQ

Seçilən
15
nocomment.az

1Mənbələr