AZ

Luvr muzeyindəki oğurluğa görə daha 5 nəfər saxlanıldı - Qızıllar isə ortada yoxdur

Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha beş nəfər saxlanılıb.

BAKU.WS xəbər verir ki, Paris prokurorluğunun yaydığı məlumata əsasən, oğurluğu edən bu 5 nəfərdən biridir və uzun müddətdir onun izini aşkar etməyə çalışırlar.

Hadisəyə görə daha 5 nəfər saxlanılsa da, hələlik oğurlanan qızıllar ortada yoxdur.

Bundan əvvəl isə hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılmışdı.

Xatırladaq ki, oğurluq hadisəsi oktyabrın 19-da yaşanıb.

Naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar.

Həmin əşyaların ümumi dəyəri 102 milyon dollar təşkil edir.

Qeyd edək ki, Luvr muzeyində ümumilikdə 35 000 əsər nümayiş olunur.

Seçilən
26
far.az

1Mənbələr