"Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə” və “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı” təsdiqlənib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərar “Yüksəkixtisaslı miqrant” portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. “Yüksəkixtisaslı miqrant” portalı müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə onların Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətlərinin elektron qaydada qəbulunu və cavablandırılmasını, eyni zamanda Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin edəcək.
“Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin
SİYAHISI
|
Sıra №-si |
Dövlət orqanının (qurumunun) adı |
İnformasiya sisteminin adı |
|
1. |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti |
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi |