AZ

Səsdən sürətli yeni təyyarənin sınağı uğurlu olub

Səsdən

Səsdən sürətli “X-59” təyyarəsi ilk uçuşunu ABŞ-da həyata keçirib. Onun bütün digər səsdən sürətli təyyarələrlə müqayisədə əsas xüsusiyyəti səsdən sürətli uçarkən “partlayış”ın olmamasıdır.

Reyting.az
“Defense Express” hərbi portalına istinadla xəbər verir ki, “X-59” təyyarəsi Kaliforniyanın Palmdale şəhərindəki 42-ci Hərbi Hava Qüvvələri Zavodundan qalxıb və NASA-nın Edvards şəhərindəki Kennedi Uçuş Tədqiqat Mərkəzinə enib.

Xatırladaq ki, “X-59”-un hazırlanmasına 2016-cı ildə başlanılıb. Bu, kommersiya aviasiyasında inqilab etmək məqsədi daşıyır.

Mütəxəssislərin sözlərinə görə, uçuş zamanı təyyarənin səsi irəli də daxil olmaqla, bütün istiqamətlərə yayılır. Buna görə də, təyyarə səsin sürətini aşdıqda, səs dalğaları “partlayış”a bənzər tək, nəhəng bir dalğaya birləşməyə başlayır. Bu effekt “Max Konusu” adlanır və Rusiyanın “Kinjal” raketinin uçuşu zamanı eşidilib.

“Yeni “X-59” təyyarəsi bir böyük dalğa əvəzinə bir çox kiçik dalğalar yaradan xüsusi dizayna malikdir. Yerdə belə bir təyyarə uçduqda bu, güclü “partlayış” kimi deyil, uzunmüddətli təkan kimi hiss olunacaq”, - analitiklər qeyd ediblər.

Bunu mümkün edən dizayn elementlərindən biri, təxminən 14 metr uzunluğunda olan son dərəcə uzun və sivri “burun”dur ki, bu da təyyarənin uzunluğunu 30 metrdən çox edir.

Uzunluğu və bucağı səbəbindən dizaynerlər hətta kabinənin ön hissəsindəki şüşəni çıxarıb yerinə kamera qoymalı olublar. Təyyarə, JAS 39E/F Gripen və ya F/A-18E/F Super Hornet-də quraşdırılmış General Electric F414 reaktiv mühərriki ilə işləyir.

“X-59”-un eksperimental təyyarə olduğu və istehsalına başlanmayacağı bildirilir.

“Lockheed Martin” onu xüsusi olaraq NASA üçün hazırlayıb. NASA onu sınaq, dizayn məlumatları toplamaq və digər məqsədlər üçün istifadə etməyi planlaşdırır.

Daha sonra NASA ABŞ-dakı şəhərlər üzərində bir sıra səsdən sürətli uçuşlar həyata keçirməyi və yerli sakinlərdən bir şey eşitdikləri və bunun onları qıcıqlandırıb-qıcıqlandırmadıqları barədə rəy toplamağı planlaşdırır.

“Fakt budur ki, quru üzərində səsdən sürətli uçuşlar qadağandır, çünki 110 desibeldən çox səs bumu insanları narahat etməklə yanaşı, həm də ciddi xəsarət yetirə, qorxuda və ya pəncərələri sındıra bilər. Və yeni dizayn sayəsində bu səs dalğası təxminən 75 desibelə endirilməlidir”, - deyə nəşr izah edib.

NASA tədqiqatından sonra öz nəticələrini Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) təqdim edəcək və təşkilatın quru üzərində səsdən sürətli uçuşlara qoyulan məhdudiyyətləri nəzərdən keçirməsi gözlənilir. Bu, yeni nəsil kommersiya səsdən sürətli təyyarələrinin yolunu açacaq.

V. QULİYEV
Seçilən
23
1
reyting.az

2Mənbələr