AZ

Əsgərlərin yerdəyişməsi ilə bağlı VACİB XƏBƏR: Bu hərbi qulluqçular digər hərbi hissələrə keçirilə bilər…

Hazırki dönəmdə müddətli hərbi xidmət keçən əsgərlərin xidmət yerinin dəyişdirilməsi məsələsi gündəmdədir. Bəs, bu, qanunvericiliklə mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, müddətli hərbi xidmətə çağrılan hərbi qulluqçuların xidmət edəcəyi hərbi hissələr əvvəlcədən yüksək komandanlıq tərəfindən təyin olunur.

Hərbi

Onun sözlərinə görə, bu zaman əsgərlərin fiziki imkanları, ailə vəziyyəti, mənəvi və psixoloji durumu nəzərə alınır:

“Dəyərləndirmə prosesi başa çatdıqdan sonra gənc əsgərlər karantin müddətini tamamlayır və daimi xidmət edəcəkləri hərbi hissələrə göndərilirlər.”

Ekspert qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, hərbi qulluqçuların digər hərbi hissələrə keçirilməsinə icazə verilmir. Lakin bəzi istisnalar mümkündür:

“Məsələn, əgər hərbi qulluqçu şəhid ailəsinin üzvüdürsə və ya ailənin tək övladıdırsa, bu halda onun xidmət yerinin hərbi hissə daxilində dəyişdirilməsi mümkündür. Həmçinin xidməti zərurətlə əlaqədar olaraq şəxsi heyət hərbi hissə daxilində digər vəzifələrə təyin edilə bilər.”

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
7
1
konkret.az

2Mənbələr