Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Hakimiyyet.az xəbər verir ki, Paşinyan görüşü sosial media səhifəsində paylaşıb və müşayiət olunan video yayımlayıb.
Qeyd edək ki, Paşinyan 29 oktyabrda 8-ci Paris Sülh Forumu çərçivəsində keçirilən "Liderlik Yollarının Kəsişməsində" müzakirəsində iştirak edib.
O, həmçinin 29 oktyabr axşamı Fransa Prezidenti Emmanuel Makron tərəfindən Yelisey Sarayında 8-ci Paris Sülh Forumunda iştirak edən dövlət başçılarının şərəfinə təşkil edilən şam yeməyində iştirak edib.
Həmidə İbrahimova