AZ

Qazaxıstan 2030-cu ilə qədər 37 keçid məntəqəsini yenidən qurmağı planlaşdırır

Astana, 30 oktyabr, AZƏRTAC

Qazaxıstanda 55 nəqliyyat keçid məntəqəsi fəaliyyət göstərir, onlardan 37-sinin 2030-cu ilə qədər yenidən qurulması planlaşdırılır.

AZƏRTAC Qazaxıstan Respublikası Prezidenti yanında Mərkəzi Kommunikasiya Xidmətinə istinadla xəbər verir ki, bu barədə “KazAvtoJol” MK” SC-nin İdarə Heyətinin sədri Darxan İmanaşev bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə 14 keçid məntəqəsində tikinti işləri aparılacaq.

“Onlardan dördündə artıq yenidənqurma işləri başlayıb. Qalan obyektlərin tikintisi üzrə müqavilələrin bağlanması və dövlət ekspertizasının aparılması üzrə iş aparılır”, - deyə o qeyd edib.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
19
1
azertag.az

2Mənbələr