AZ

Aİ-yə üzv olmaq naminə özümüzü alçaltmayacağıq – Kavelaşvili

Gürcüstan prezidenti Mixail Kavelaşvili Avropa İttifaqına (Aİ) üzv olmağı hədəflədiklərini, lakin üzvlük naminə özlərini alçaltmayacaqlarını bəyan edib.

Publika.az "Sputnik"ə istinadən xəbər verir ki, Kavelaşvili hər hansı qanunvericilik dəyişikliyinin beynəlxalq hüquq nəzərə alınmaqla birgə dialoq çərçivəsində müzakirə edilməli olduğunu bildirib.

"Sadəcə birliyə qoşulmaq xatirinə vətəndaşlarımızı, tariximizi, keçmişimizi, özümüzü necə alçalda bilərik? Aİ-yə üzv olmaq bir çox nəsillərin arzusudur. Üç min illik tariximiz bizə üzləşdiyimiz çətinlikləri nəzərə almağı və eyni zamanda milli kimliyimizi qorumağı öyrədib.

Aİ-nin üzvü olmağı hədəfləyirik və vətəndaşlarımızı məlumatlandırırıq. Lakin bunu əsrlər boyu qoruduğumuz dəyərləri və milli maraqları açıq şəkildə müdafiə etməklə həyata keçiririk", - deyə prezident qeyd edib.

Seçilən
25
publika.az

1Mənbələr