BAKI, 30 oktyabr. TELEQRAF
“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” və “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, həqiqi hərbi xidmətdə (qulluqda) olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və ya ştatların ixtisarına görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2 - 41.0.4-cü, 42.0.1-ci və 42.0.2-ci maddələrinə əsasən hərbi xidmətdən buraxılanlara – beş aylıq vəzifə və rütbə maaşı həcmində müavinət ödəniləcək.