Suya və tərə davamlı, uzun müddət silinməyən kosmetik məhsulların sağlamlıq üçün təhlükə yaratdığı müəyyən edilib.
“Cebheinfo.az” xəbər verir ki, araşdırmalar nəticəsində bu məhsulların bəzilərində PFAS adlı “qalıcı kimyəvi maddələr” müəyyən olunub.
Bu maddələr orqanizmdə parçalanmadığı üçün hormon balansını poza, immun sistemini zəiflədə və bəzi xərçəng növlərinin yaranma riskini artırmaqda rol oynaya bilər. Bu maddələr göz və dodaq yolu ilə sorula bilir.Fransa 2025-ci ilin yanvar ayından etibarən kosmetik vasitələrdə PFAS istifadəsini qadağan edən ilk ölkə olacaq. Qeyd edək ki, Fransa dünyanın ən böyük kosmetika şirkətlərinin mərkəzidir.
 
                        