ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Çin növbəti 3 il ərzində illik 25 milyon ton soya idxal edəcək.
Marja xəbər verir ki, Bessent Fox News-a açıqlamasında Çin tərəfindən soya fasulyəsi idxalı ilə bağlı məlumat verib.
ABŞ Prezidenti Donald Tramp 30 oktyabrda Çin Prezidenti Si Cinpin ilə görüşdən sonra ticarət gərginliyini azaltmaq üçün bir sıra razılaşmalar əldə etdiklərini və Si-nin soya fasulyəsi alımlarını davam etdirməyi qəbul etdiyini bildirmişdi. Bessent isə bu barədə ətraflı məlumat verib.
Bessent qeyd edib ki, Çin ilin sonuna qədər ABŞ-dan 12 milyon ton soya fasulyəsi idxal etməyi qəbul edib. Gələcək illərə dair isə - Çin növbəti 3 il ərzində hər il 25 milyon ton soya idxal etməyi öhdəsinə götürüb.
 
                        