Bakı. Trend:
Azərbaycan Dünya Bankının nümayəndə heyəti ilə keçirilən görüşdəölkədə biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadiartımın və məşğulluğun təşviqi müzakirə olunub.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.
Belə ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya BankınınAvropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoruƏsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Dünya Bankı arasında uğurlu əməkdaşlığınhəyata keçirildiyi vurğulanıb.
Azərbaycanda biznesin dinamik inkişafı, qeyri-neft-qazsektorunun, yaşıl və ixracyönümlü iqtisadiyyatın təşviqi,sahibkarlığın, xüsusilə kiçik və orta müəssisələrin dəstəklənməsihaqqında məlumat verilib. Həmçinin bu istiqamətlər üzrə çağırış vəimkanlar qeyd edilib. Milli iqtisadiyyatın inkişafı, özəl sektorunəhəmiyyəti, inkişafa yönəlmiş investisiyaların təşviqi vəinnovasiya təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub.
Tərəflər “Azərbaycan Respublikasının 2027-2030-cu illərdəsosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsiplanlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi,dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi ilə bağlı fikirmübadiləsi aparıblar. Beynəlxalq təcrübədə biznesin intensivinkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorunstimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarınınAzərbaycanda tətbiqi imkanları nəzərdən keçirilib.
 
                        