"Liverpul"un müdafiəçisi Endryu Robertson karyerasını Şotlandiyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
Məlumata görə, onun xidmətində "Seltik" maraqlıdır. "Qırmızılar"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq arxa xətt oyunçusuna klubunun yeni anlaşma təklif etməməsi şotlandları hərəkətə keçirib.
Qeyd edək ki, 31 yaşlı Robertson daha öncə "Seltik"in aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. O, cari mövsün "Liverpul"un heyətində 9 matça çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat